Hollivud ulduzları valideynlik məsələsində razılaşdılar..

Hollivud ulduzları valideynlik məsələsində razılaşdılar..

2016-cı ilin dekabrında boşanan Hollivud ulduzları Ancelina Coli və Bred Pitt valideynlik hüququ mövzusunda razılığa gəliblər. Bu barədə “The Blast” portal məlumat yayıb. “Brangelina” kimi tanınan ailə üzvləri valideynlik savaşının övladlarına təsir etdiyini anlayaraq görüşüblər və məsələni müzakirə ediblər.

Görüşün təfərrüatı mətbuata bilinməsə də, onların ortaq bir nəticəyə gəldikləri qeyd olunub. Xatırladaq ki, Ancelina 6 övladını himayəsinə götürdüyü, Pittə övladlarını göstərmədiyi iddia olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə