Nahidin oğlundan ürəkağrıdıcı sözlər: "Birdəfəlik çıxdın getdin"

Nahidin oğlundan ürəkağrıdıcı sözlər: "Birdəfəlik çıxdın getdin"

Xəbər verdiyimiz kimi, təşkilatçı Nahid Emiloğlu dünyasını dəyişib. SİA-nın məlumatına görə, mərhumun oğlu Emil "İnstagram" da atası ilə bağlı ürəkağrıdıcı paylaşımlar edib. O, valideyinin görüntülərini yayaraq bu sözləri yazıb: "Eh atam, birdəfəlik buralardan çıxdın getdin ... Hələ səninlə işlərimiz var idi. Məkanın cənnət olsun".

Emil daha sonra həftənin cümə axşamı atasının Kürdəmirdə 7 mərasiminin olacağını bildirib.

Qeyd edək ki, ürək çatışmazlığından əziyyət çəkən Nahid bir neçə gündür xəstəxanada müalicə alırmış. N.Emiloğlu Kürdəmirdə dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə