Səməd Səmədov: “Mən, mən və yenə də mən” - MÜSAHİBƏ

Səməd Səmədov: “Mən, mən və yenə də mən” - MÜSAHİBƏ

SİA əməkdar artist Səməd Səmədovun evində qonaq olub. Müğənninin özü və həyat yoldaşı İradə xanımla maraqlı söhbətimiz oldu

- Bəlkə tanışlığınızın qısa tarixcəsindən başlayaq...

Səməd bəy: - Biz artıq 35 ildir bir yerdəyiq. Yadımdadır son zəng günü idi.....

(Həyat yoldaşı İradə xanim sözünü kəsərək) - Xeyr, səhv yadındadır, son zəng deyildi, tətil vaxtı tələbələrin görüşü idi. Mən də orada idim və Səməd orada ansamblnan çıxış edirdi. Biz orada tanış olduq. Onda mən ikinci kursda oxuyurdum. Onu deyim ki, mənim ailəm razı olmurdu, Səmədi sevmirdilər. O vaxtı musiqiçiyə pis baxırdılar. Baxmayaraq ki, Səməd ali savadlı müğənni idi, yenədə onu bəyənmirdilər. Amma mən dediyimi etdim və sevgi qalib gəldi.

Səməd bəy: - Mən orada bunu "bişirirdim" (gülür). Yadımdadır İradənin valideyinləri məni döydürmək belə istəyirdilər. Onun böyük bacısı məni döymək üçün adam belə tapmışdı. O adam məni görəndə, Səməd olduğumu biləndə çox təəccüblənib işi yerinə yetirməmişdi..

İradə xanım: - Əmim Səmədə getdiyim üçün neçə il məni dindirmədi. Dedi mənim icazəm olmadan niyə ona getmisən. Amma mən heç kimi dinləmədim və xoşbəxtəm!

- 35 il keçib, bu günə qədər nəyi qoruyub saxlamısınız?

İradə xanım: - Ən asası yəgin ki, məhəbbəti... Məhəbbət bu gündə var. O olmasaydı, uşaqlar da olmazdı. Bu gün cavanlar evlənir və deyir ki, bizi valideyinlərimiz tanış edib. Onda uşaqlar sevgidən dünyaya gəlmilər.

Səməd bəy: - İki övlad, 4 nəvəni qoruyub saxlamışıq.

- O dediyiniz sevgidən dünyaya gələn uşaqlarınız atasına və ya anasına bənzəyir?

İradə xanım: - Mən hər zaman pis oluram iki uşağımdan heç olmasa biri belə mənə bənzəməyib. Hər ikisi Səmədə oxşayır. Mənim qohumlarım hər zaman deyir ki, gör İradə Səmədi necə sevibsə, uşaqların hər ikisi ona bənzəyib...

- Səməd müəllim, ailə ilə sənəti bir zirvedə saxlamaq çətin deyil ki?

Səməd bəy: - Çətin deyil. Çünki mənim istəkli həyat yoldaşım hər zaman mənə dəstək olub. Həm mahnı, geyim, tərəf müqabili seçimində mənə kömək edib.

- Bəs qısqanclıq hissi olmayıb?

Səməd bəy: - Mən Rühəngiz xanımla işləyəndə İradə onunla tanış oldu. Və bu günə qədər də onlar dostdular. Sevda Əliqızı ilə də rəfiqə münasibətindədilər. Qısqanclıq yoxdur. Amma deyim ki, əvvəl onları yaxın buraxırdı və yoxlayırdı.

İradə xanım: - Mən Rühəngizə Rufa deyirəm və hər zaman belə demişəm. O isə mənə İradə xanım deyir. Deyirəm "bəsti də", amma o hələ də mənə "siz" deyə müraciət edir. Ümuminiyyətlə, Səmədin tərəf müqabiləri çox maraqlı və gözəl insanlardır. Onlar hər hansı bir işlə bağlı bizim evə zəng vuranda, Səmədi çağırmırlar, nə sözləri olur elə mənim özümə deyirlər. Mən dəstəyi Səmədə verirəm, onlar danışmır. Sözü özümə deyirlər. Səməd onu qısqanacaq bir hərəkət etməyib.

- Səməd Səmədov əməkdar artistdir. Hər kəs onu müğənni kimi tanıyır. Bəs evdə Səməd kimdi?

Səməd bəy: - Evdə mən evladlarımın, nəvələrimin ən sevimlisiyəm.

- Ailədə kim daha tələbkardı?

Səməd bəy: - İradəyə hər kəs "Rəis" deyir. O məndən daha tələbklardır. İradə uşaqlarımızı danlayır və hər şeyin qaydasında olmağını sevir. İradə onları danladıqca, onlar qaçırlar yanıma. Amma mənim fikrimcə nəvələr daha çox İradə sevirlər. Hərdən mübahisəmiz düşəndə, nəvələr onun tərəfində olurlar. Mənimlə dalaşırlar. Nənələrini çox istəməklərinə baxmayaraq, mənimlə daha çox vaxt keçirdilər. Amma mənə nisbətən İradə daha ciddidir. Mən uşaqlarıma hər şey icazə verirəm, Deyirəm qoy getsinlər diskotekaya, İradə icazə vermir. Deyir qız xeylağı "qaxılıb" evində oturmalıdır. İradə sovet adamıdır.

- Hər ailədə söz-söhbət olur. Mübahisələr yarananda ilk addımı kim atır?

Səməd bəy: - Mən mən və yenədə mən. Hər zaman, səhv məndə oldu olmadı ilk addımı yenedə mən atıram. Çünki İradə "oy oy oy" (gülür)

- Bəs ortaq məxrəcə gəlmək üçün biri-birinizin məsləhətini dinləyirsiz?

İradə xanım: -
Elə vaxt olur ki, Səməd mənim dediyimlə razılaşmır. Amma vaxt keçir və o mənim dediyimə gəlib çıxır.

- Bəs evdə ən çox kimin sözü keçir?

Səməd bəy: - İradənin... Bəli, İradənin sözün daha çox keçir. Bəlkə elə bu səbədən mən (zarafatla ) "Toylar kralı" olmuşam (gülür).

- Ən çox mübahisələr nə üstə düşür? Nəyi bölə bilmirsiz?

Səməd bəy: - Keçmişdə pula görə dalaşardıq (gülür). Biz hər ikimiz ailəsi müəllimlər katiqoriyasına aid idi və mübahisələrimizdə pulun çatışmamazlığı ucbatından yaranırdı. Ümuminiyyətlə, bir çox hallarda bizim fikirlərimiz üst-üstə düşmü. Hər zaman qar yağanda mən gecə neçə olur olsun uşaqlarımı durğuzuram və biz gedib elə qar yağan ilk gündə qartopu oynayırıq. İradə ona da acıqlanır ki, bu vaxtı niyə uşaqları narahat edirsən, deyir soyuq olar. Amma mən heç zaman ənənəmi pozmuram.

Bütün xəbərlər Facebook səhifəmizdə