Rihanna Trampa etiraz etdi

Məşhur müğənni Rihanna Amerika prezidenti Donald Tramp barədə açıqlama verib. SİA-nın verdiyi məlumata görə, pop ulduz prezidentin seçkiqabağı keçirdiyi mitinqlərdə onun mahnısını səsləndirilməsinə etiraz edib.

Rihanna “Nə mənim, nə də pərəstişkarlarımın belə faciəvi mitinqlərdə yeri yoxdur”- deyə tvitter hesabında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ifaçı Farrell Uilyamsda “Happy” mahnısını mitinqlərdə səsləndirən Donald Trampa məktub ünvanlamışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə