"Qalmaqal müğənnilərin ömrünü qısaldır"

"Qalmaqal müğənnilərin ömrünü qısaldır"

Müğənni Xatirə İslam həmkarlarını mehribançılığa səsləyib. SİA-nın məlumatına görə, o, qalmaqallı sənət adamlarının ömrünün qısa olduğunu da bildirib: "Neçə gündür düşünürəm ki, incəsənət aləmində olan insanlar çox tez həyatdan gedir. Qalmaqal sənət adamlarının ömrünü qısaldır. Məncə, bir az söz-söhbətə ara vermək lazımdır. Sözün əsl mənasında mehribançılığa ehtiyac var. Gündəmdə qalmaq üçün sakitçilik də lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə