Xalq artisti Afaq Bəşirqızı verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktrisa qalmaqallı açıqlama verərək, sənət adamlarının özünü xəstəliyi, şəxsi həyatı ilə reklam etməsini qınayıb: "Tamaşaçı ailəmi, hansı xəstəlikdən əziyyət çəkdiyimi bilməməlidir. Niyə mənim daxilimi tamaşaçı tanımalıdır? Buna görə də tamaşaçı efirdə baxanda deyir ki, yazıq ölür, xəstədi. Ya da deyir filankəsin adamıdır. Demir, səsi, sənəti var.
15-16-20 il əvvəl oynadığın müvvəffəqiyətli rolun kölgəsində ömrünün axırına qədər istər sənət aləmində, istər Allahın sənə verdiyi ömür yolunda onunla başa vurmaq, öz ayaqqabının səsi ilə səhnəyə çıxmaq və səhnədən onunla enmək - bu sənətkarın ölüm fərmanıdır".
Qeyd edək ki, bu günlərdə əməkdar artist Tünzalə Əliyeva xəstəliyi ilə gündəmə gəlmişdi. Onune firdə yardım istəməsi sosial şəbəkədə qınanılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB