Sevil və Sevinc: "Atam kirayə qaldığımız evdə rəhmətə getdi” VİDEO
Sevinc və Sevil Səfərova bacıları verilişlərin birində qonaq olublar. SİA-nın məlumatına görə, ifaçılar atalarından danışıblar: "Hər bir valideyin istəyər ki, övladının xeyir işini görsün. Atam nə bizim, nə qardaşımın toyunu, nə də nəvə gördü. Onun üçün heyifslənirəm. Seva ilə ailə həyatı qursaydıq atam görərdi. Atam sağ olanda "Valideyninə görə ailə həyatı qur" deyiləndə başa düşmürdüm. Amma bu gün zamanı geri qaytara bilsəydim, sevmədiyim adamla da ailə həyatı qurmağa razı olardım. Təki ailəm mənim xeyir işimi görə bilsin.
Bu gün atamın gözü arxada qalıb. Hər gecə ağlayıram. Çünki ev təmirində atam hər gün deyirdi ki, ayın 5-i öz evimə köçəcəm. Ayın 4-ü rəhmətə getdi. Ayın 5-i də biz atamı basdırdıq. O, valideyin kimi öz borcunu yerinə yetirdi. Amma biz övlad kimi borcumuzu yerinə yetirə bilmədik. Çünki atam kirayə qaldığımız evdə rəhmətə getdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB