Dünya şöhrətli Müslüm Maqomayevin vəfatından 10 il ötür. SİA-nın məlumatına görə, Emin Ağalarov "İnstagram" səhifəsində Müslüm Maqomayevin abidəsini ziyarət edərkən önündə çəkilən fotoları paylaşaraq öz hisslərini yazılı şəkildə belə ifadə edib: "25 oktyabr 2008-ci il SSRİ-nin əfsanəvi Xalq artisti, mənim çox hörmətli müəllimim və dostum Müslüm Maqomayevin anım günüdür. Bu gün Müslüm Maqomayevin xatirəsinə hörmətlə yanaşıraq, onun şərəfinə yaradılmış abidə yaxınlığında görüş keçirdik".
Qeyd edək ki, görkəmli Azərbaycan, sovet opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.
Müəllif: Minarə Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB