NEXT qrupu dağılır?

Son günlər NEXT qrupunun tədbirlərdə, məclislərdə 3 nəfər olaraq görünməsi tamaşaçılar tərəfindən maraq doğurduğu üçün bu məqama aydınlıq gətirməyə çalışdıq.

Qrupun mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, NEXT-in trio şəklində fəaliyyət göstərməsi müvəqqətidir. Hazırda qrup üçlük şəklində işlərini davam etdirir. Qrupdan uzaq düşən üzvün kimliyinə gəlincə isə, bu Əlidir. Əlinin son günlər qrupla birgə görünməməsinin səbəbi isə səhhətində yaranan problemlərdir. Lakin aldığımız xəbərə görə, NEXT bu günlərdə yenidən kvartet şəklində sevənlərinin qarşısına çıxacaq.

Qeyd edək ki, Əli "Eurovision 2011" mahnı müsabiqəsinin iddialı namizədlərindən olan müğənni Arzumun qardaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə