Elşad Xose və Elli - “Çıx get”
Reper Elşad Xose və müğənni Elli "Çıx get" adlı mahnılarına çəkilən klipi mətbuat nümayəndələrinə təqdim ediblər. SİA-nın məlumatına görə, sözügedən mahnı bəstəkar İsa Məlikovun layihəsidir. Sevgidən bəhs edən mahnıda müğənnilər həm də yollarda təhlükəsizliyi təbliğ ediblər. Təqdimatda təhlükəsizliyi təmin etmək məqsədilə lazım olan tədbirlər bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, "Çıx get" mahnısının sözləri bəstəkar İsa Məlikovun həyat yoldaşı Paulina Volodovka-Məlikovaya aiddir. Klipi rejissor Elrəng hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə