Bu qalmaqallı şou-biznesdə kim kimə bənzədi... Kim kimlə özünü müqaisə etdi.... Kim kimin yolu getməyə cəht göstərdi.... Kimdə alındı kimdə yox, bax onu özləri daha yaxşı bilir.
SİA-nın bu dəfə məqsədi isə hər birimizin yaxşı tanıdığımız simaları başqa bir obrazda təqdim etməkdir. Məşhurları xeyli düşündürən və çətin vəziyyətə salan sorğunun fərqi cavabları oldu. Onların maraqlı bənzətmələri ilə yaxından tanış olmaq istəyirsinizsə apardığım sorğuya diqqət verməyinizi təklif edirəm.
"Özünü və hamkarını hansı xüsusiyyətə görə hansı nağıl qəhrəmanına bənzədirsən" sualına onlar belə cavab verdilər...
Sevda Yəhyəyeva: Mən "Düyməcik"əm. Çünki onun kimi balaca, heç kimə dəyib dolaşmayan, sakit birisiyəm. Hamı məni onun kimi çox istəyir. Şou-əhlini isə (xeyli fikrə getdikdən sonra) məsələn Aygün Kazımovanı - "Ögey ana" filmində "Mən İsmayıla ana gəlmişəm" - deyən ana obrazına bənzədirəm. Yəqin o, əzmlidir deyə belə fikirləşirəm.
İlhamə Quliyevanı elə bir qəhrəmana bənzətməliyəm ki, düzgün olsun. Çünki İlhamə xanım doğrudan da böyük sənətkardır. Amma heç nə tapa bilmirəm.
Röyanın ilk olaraq adını eşidəndə mənim yadıma ən gözəl sözlər düşür. O səmimi, gözəl ürəyi olan, ən əsası da insana, insanlığa qiymət verən birisidir. Məhz onun bu hərəkətlərinə görə də Allah ürəyinə görə verir. Mən onun xətrini çox istəyirəm. Röya elə şou-biznesin qəhrəmanıdır. Müğənnilərin içərisində deyərdim ki, ən idealı məhz odur. Onu "Tıq-tıq xanım"a bənzədirəm. Həm qara qız olduğuna görə, onun saçı kimi buruq olması, həmdə ki, şıltaq olduğuna görə oxşadıram. Baxmayaraq ki, "Tıq-tıq xanım" dost tapmaqda çətinlik çəkirdi, ancaq Röyada tam əksinədir.
Faiq Ağayev olsun Cırtdan. Çünki o, çox ağıllı və şirindir.
Elnur Məmmədov: Mən istədəməzdim ki, özümü hansısa nağıl qəhrəmanına bənzədim. Bu yaxınlarda bir tədbir olmuşdu və mən orda "Prins" rolunu canlandırırdım. Yəqin ki, görünüşümə, hərəkətimə görə bu rolu mənə verdilər. Digər həmkarlarımı isə mənzətmək istəmirəm. Bu mövzulara toxunmayaq. Onsuz da hər kəs özünə ad qoyur. Qoy elə özləri ad qoysunlar. Elə hallara fikir verən deyiləm. Əgər qarşımda xanım olarsa, onun gözəlliyinə fikir verirəm. Ancaq onu heç bir nağıl qəhrəmanına bənzətməmişəm.
Aparıcı Kamilə Babayeva: Daha çox özümü "Peppi-uzun corab"a bənzədərdim. Çünki o da mənim kimi iddialı idi. Baxmayaraq ki, həyatda çox şeyləri əldə etmək şansı yox idi, lakin onun inamı üstün gəldi. Elə bu səbələrə görə özümü ona daha oxşadıram.
Brilliant Dadaşovanı "Su pərisinə" bənzədirəm. Çünki onun bədən quruluşu, fiziki görünüşü əsl su pərisinə uyğundur. Ona baxıb ağ paxıllıq çəkib qibtə edənlərdənəm. Mənə çox maraqlıdır ki, bu formada o, necə qalır.
Elnarə Xəlilova "W-Trio"dan gəldiyinə görə "Şəngülüm, Şüngülüm, Məngülüm"ə oxşadardım. Ancaq indi o, solo oxuduğuna görə "Zoluşkaya" bənzəyir. Baxmayaraq ki, bu obraz çox çətinliklərdən keçib, cavan yaşlarından çalışıb ki, çox şeylərə nail olsun.
Ədalət Şükürovu "Volşebnik-mak" kimi təsəvvür edirəm. O "mak"a bənzəyir.
Nadir Qafarzadə - çox uzağa getmək lazım deyil. Onun özünə ləqəb kimi götürdüyü "Əjdaha" var.
İradə İbrahimovanı çox istəyirəm. Onu "Asol"a oxşadardım. Çünki o çox romantikdir. Elə öz toyundada o "Asol" kimi idi...
Onun bəyaz atlı prinsi də dənizin o tərəfindən gəldi və bizim qızımızı apardı.
Zamiq "Tıq-tıq xanım"dakı "Siçan bəyə" oxşayır. O da öz "Tıq-tıq xanım"ını tapıb. Onun yoldaşı çoxlu seçimlərdən sonra nəhayət ki, öz seçimi etdi. Siçan bəy bic olduğundan quyruğuma yağ, bal sürtüb deyib onu tovlaya bildi. Zamiq çox mehriban, gülərüz olduğundan əsl Siçan bəyi xatırladır.
Ramalı balaca Cırtdana bənzədirəm.
Xumar Qədimova: Mən "Cırtdana" bənzəyirəm. Yatmamağıma görə bu obraza daha yaxınam. "Kim yatmış, kim oyaq. Hamı yatmış cırtdan oyaq" sözü sırf Xumar Qədimovaya aiddir. Bu hal məndə deyərdim ki, lap uşaqlıqdan var. Səhərə qədər yata bilmirəm. Deyirdim ki, böyuyəndə keçər, ancaq keçmir. Ümumiyyətlə mən şou aləmini hər hansı bir nağıl qəhrəmanına bənzətmək istəmirəm. Mənə maraqlı deyil ki, kim nə edir, kim nə ilə məşğuldur.
Elza Seyidcahan: Özümü tərifləmək çıxmasın, məni "Dobraya feya" adlandırırlar. Bu adı mənə verməkləri mənim bəzi mistik hərəkətlərimin olması ilə izah olunur. Bəzi tamaşalarda mənə ana rolunu təklif edirlər. Yəqin bu da ondan irəli gəlir ki, bilirlər ki, mənim övladlarım var.
Natavan Həbibini "Zoluşka" nağılındakı şahzadənin köməkçisinə bənzədirəm. Əgər mən o nağılı yazsaydım bu obrazı ona verərdim. Son zamanlar etdiyi saç düzümü bu obraza onu daha da yaxınlaşdırır.
Röyanı şahı əyləndirən, güldürən birisinə bənzədərdim, ancaq deməzdim ki, o təlxəkdir. Onların başqa adları var. Röya biraz şıltaq olduğuna görə bu obrazı mən ona yaraşdırardım. Şahın nə qədər qanı qara olsa da, Röya gəlib məzxərə qurub onun kefini tamamilə açacaq. Bəzən onu ciddi hallarda görürük, lakin o əsl məzxərəçidir.
Aygün Kazımovanı "Qar kraliçası"na daha çox oxşadardım.
Ramal: Mən Cırtdanam da! Çünki hər kəsdən tənbələm. O, həmdə doğmalarından hər zaman qayğı istəyir. Mən öz yaşıma və boyuma görə cırtdanı seçirəm. Baxmayaraq ki, özüm qayğıkeşəm, amma elə özümə qarşı da qayğı istəyirəm. Məhz sənətşilərimizdən o qayğını gözləyirəm. Elə Cırtdan ən ideal obrazdı. Ona hər zaman yağ-çörək, süd verirlər. Lakin ehtiyatlı olmalısan, yoxsa o südün içərisində zəhər qata bilərlər. Düzdür cırtdan hamıdan balaca və bic olmağına baxmayaraq, hər kəsə şamil olmur. Çünki biclik insanın hərəkətində əməlində olmalıdır. Ümuminiyyətlə, ağılı insan müəyyən mənada biclik işlətməlidir. Amma gec bic olmaqdansa, bic-bic olmaq lazımdır. Mənsə elə gic-bicəm!
Röya səhnəmizin "Tıq-tıq xanım"dı. Çünki o, elə ordan ora, burdan bura və özünə dost tapır. Məsələn Tolik, Natavan və s. Axırda isə Tiq-tıq xanım kimə rast gəlir - Sıçan bəyə! O, isə indi artıq Anar bəydi.
"Şip-şirin" Elçin "Məlikməmməd" nağılında olan 3 qardaşdan biri. Çünki qrupdan gəlib. (gülür).
Flora Kərimova: Vay-vay... Flora xanım üçün hələ bir nağıl yazılmayıb. Elə bir nağıl yoxdur ki, Flora xanım o nağıla yaraşsın. Mən onu nağıl qəhəmanı yox, elə əsl qəhrəman adlandırardım. Çünki bu xanımın sənəti möhürlənib. O, mənim həmyaşıdım deyil ki, onu hansısa nağıl qəhəmanına bənzədib. O, rial və özünəməxsus bir qərəmandı.
İlhamə Quliyeva "Qızıl balıq" nağılındakı baş qəhrəmanın həyat yoldaşı, həmən o zəhmli xanım. O, xanım o nağılda böyüyür. Mənsə istərdim ki, o tora düşən qızıl balıq daimi onlarla qalsın. Onu tordan çıxarıb akvariuma salmaq lazımdır ki, nə qədər ömrü varsa elə orada yaşasın və o xanım ömür böyü hökmranlıq etsin.
Lalə Məmmədova: Mən özümü "Zümrüd quşu"na bənzədirəm. Axı o anadır və öz balalarını qoruyub saxlayır. Balalarına etrdiyi köməyə görə Məlikməmmədə kömək edir. Mən o olmaq istərdim. Nağıl qəhrəmanı deyə bilməsəm də, mən nədənsə Əlikram Bayramovu görəndə onu Azərbaycan Dövlət Musiqili Teatra göndərmək istəyirəm. Elə bilirəm ki, ondan çox gözəl kadr alınar. O çox gülməli olduğuna görə, onu məhz "Muzkomediya"ya göndərmək istəyirəm. Rəqqasə Fatiməni Nizaminin Xəməsindən olan "7 gözəl"dən birinə bənzədərdim. O gözəl olduğuna görə, şərq gözəli deyirəm ona. Xalq artistimiz İlhamə Quliyeva isə "Qar kralıçası" obrazına daha uyğundur. Ona görə yox ki, o, qədardır. O əslində qəddar deyil. Əslində elə sakit insandan qorxmaq lazımdır.
(Bu şəhərdə). Rəfail : Özümü Cıtrdana bənzədirəm. Çünki balacayam da. Özümə görə, bicliyim də var...
Nadir Qafarzadə özü dediyinə görə, əjdahadı, özüdə 3 başlı. Hər kəsin qabağı kəsin, od püskürür (gülür).
Arzu Rzayev ağır olduğunu görə, Məlikməmmədə bənzəyir.
(Bu şəhərdə). Coşqun: Özümü "Tıq-tıq xanım" daki Sıçana bəyə bənzədirəm. Çünki hər zamna yaxınlarımı ətrafdakilərdən qorumağa çalışmışam. Nağıl qəhrəmanı deməzdim, amma ümuminiyyətlə bənzətməm ola bilər.
Məsələn Röya şirin balasına oxşayır. Tək saçlarına görə deyil, xasiyyətidə bənzəyir. O axı bir yerdə dayanmır, cırmaq atır. Amma o dozanqurduna da bənzəyir. Səhər yuxudan duranda onu görsəz, qorxarsız (zarafatla deyib, gülür).
Xumar Qədimova ilana bənzəyir. Özü də Anakondaya.
Pişik Günel "Tıq-tıq xanım"dakı Pişiyə bənzəyir. "Yeri deyillll...".
Rəqqasə Fatimə o təndirə atılmış Fatımanı xatırladır. Oda elə onun kimi sadəlövdür. Hər şeyə inanır, amma onun müqabiində ulduza parlayır.
"Şip-şirin" Elçin: Bəlkə də xaricən geyimimə görə başqa cür görünürəm, ancaq təbiətcə çox fərqliyəm, daha ciddi rolları canlandıra bilərəm. Çox istərdim ki, hörmət etdiyim Rasim Balayevin oynadığı rollardan birini canlandırım. Nağıla gəldikdə isə "Tıq-tıq xanım"dakı siçan rolunu oynayardım.Ya da ki, musiqiçi siçanlardan birini oynayardım.
Röya "Tıq-tıq xanım"a daha çox bənzəyır.
Şeron qrupu: "Şəngülüm, Şüngülüm, Məngülüm"ə oxşadıram. Çünki onlar da üçlükdürlər.
Ədalət Şükürovu Məlikməmmədə bənzədərdim. Bəlkə də ciddi olduğuna görə, bəzi müğənnilərdən seçildiyinə oxşadardım.
İradə İbrahomova "Qırmızı papaq" olsun. Ona daha çox yaraşar bu rol.
Ramal "Cırtdan" olsa daha uyğun olar. Çünki onun boyu bu obraza daha uyğundur.
Namiq Qaraçuxurlu: Əslində mən nağıllara heç inanmıram. Amma özümü "Bir qalanın sirri"ki Elşənə bənzədirəm. Dediyimi komplement kimi qəbul etməyin, amma Aygün Kazımovanı hər zaman bütün müsbət nağıl qəhrəmanlarına bənzədirəm. Hər fəsildə mən onu gözəl bir obraza bənzədirəm. Yeni ildə qar qıza, Növruzda Bahar qızına. Mən bu mövzuda çox danışmaq istəmirəm, çünki həyatda daha rialistəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB