Müğənni Şəbnəm Tovuzlu ona paxıllıq edənlərdən söz açıb. SİA-nın məlumatına görə, ifaçı bəzilərinə məsləhət verməyi də unutmayıb: "Məni sevənləri mən də sevirəm. Çünki pisliyi bacaran insan deyiləm. Kimsə mənə pis deyirsə, bilin ki, həmin şəxsin özü nankordur. Anlamır ki, ay aciz insan, bu dünyadan nə aparacaqsan? Ona görə də gərək hər bir insanın qəlbi təmiz, əməli düz olmalıdır.
Bəziləri də mənə paxıllıq etməklə məşğuldurlar. Düşünürlər ki, çoxlu pulum var. Amma mənə paxıllıq edənin imkanı yoxdur. Neynəyək Allah kimə nəyi nəsib edirsə, onu da yaşamalıdır. Gəlin, bunu qəbul edək. Mən də əziyyət çəkib, bu yerlərə çatmışam. Xüsusi ilə qeyd edim ki, çox güclü və ağıllı qadınam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB