Əməkdar artist Elnarə Abdullayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, muğam ifaçısı musiqinin son vəziyyətindən gileylənib: "Deyirlər, Elnarə toya tək bu qiymətə gəlir, mən ansambılla belə gedirəm. Öyrən oxumağı, sən də 15 minə toya get. Azərbaycan musiqisində balans pozulub. Bunu nizamlayan bir oğul lazımdır. Azərbaycan musiqisinin bir anası və bir atası var: aşıq və muğam. Muğam və aşiq sənətindən xəbəri olmayan musiqiçi deyil.
Deyirlər ki, Elnarə telefona cavab verəndə bacısının adından danışır. Mən ana, bacı, gəlinin telefona yaxın durmasının əleyhinəyəm. Heç kimdən qorxan adam deyiləm. Elə bir işim yoxdur ki, telefona cavab verməyim. Heç kim mənə nəsə deyə bilməz. Bəli, mən göydən gəlmişəm. Sənətə özümü göstərib gəlməmişəm. "Qoloş"u geyinib oxumuşam”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB