Emin Rusiyanın ən yaxşı müğənnisi seçildi FOTO

Emin Rusiyanın ən yaxşı müğənnisi seçildi FOTO

Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyada "MusicBox"un "Ən yaxşı müğənni" nominasiyasının qalibi olub. SİA-nın məlumatına görə, bu haqda Eminin özü xəbər verib: "Bu gün "Music Box"un “Ən yaxşı müğənni” mükafatına layiq görülmüşəm. Bu nominasiyada mənə səs verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Belə bir ad almaq artist üçün böyük şərəfdir və sizi daha çox sevindirmək üçün əla stimuldur!".

Qeyd edək ki, adıçəkilən mükafat 2013-cü ildən verilir. Sosial şəbəkələrdə və mükafatın rəsmi saytında keçirilən səsvermə nəticəsində hər bir nominasiya üzrə 6 finalçı müəyyən edilir. Qalib isə bu finalçılar arasından seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə