Günay İbrahimli gizli ərə getdi? VİDEO

Günay İbrahimli gizli ərə getdi? VİDEO

Deyiıənlərə görə, müğənni Günay İbrahimli gizli ailə həyatı qurub. SİA-nın məlumatına görə, ifaçı haqda bu söz-söhbətin yayılmasına səbəb onun "İnstagram" səhifəsində video paylaşaraq, "Tezliklə biləcəksiniz" şərhini yazması olub.

Eyni zamanda Günayın mətbuat katibinin görüntülərə "Təbrik edirəm, xoşbəxt ol" sözlərini qeyd etməsi izləyicilərini yenidən çaşdırıb. Sosial şəbəkə istifadəçiləri sözügedən videoya "Deyəsən evlənmisiniz", "Love story" çəklişinə bənzəyir kimi şərhlər əlavə ediblər.

Əməkdaşımız məsələni aydınlaşdırmaq üçün İbrahimli ilə əlaqə saxlamaq istədi. Lakin cəhdlərimiz boşa çıxdı. Zənglərimizə cavab verən olmadı.

Bütün xəbərlər Facebook səhifəmizdə