Los-Ancelesdə yaşayan müğənni Emma Ələkbərzadənin dostu ilə Azərbaycan macərası – FOTO
Adı heç bir qalmaqalda hallanmayan populyar müğənni, əməkdar artisti Sevda Ələkbərzadənin böyük bacısı Emma (Elmira) Ələkbərzadə təşkil olunan məclislərin birinə yaraşıqlı bir oğlanla təşrif buyurmuşdu. Cütlük əvvəldən-axıra kimi masada özlərini o qədər sərbəst aparırdı ki, "onları bir-birilərinə nə bağlayır"-sualı meydana çıxmaya bilməzdi. Elə çəkilişi dayandırmadan sualımızı Emmaya ünvanladıq. "Kamran mənim çox yaxın dostlarımdan biridir. Və onunla aramızda siz fikirləşdiyiniz kimi hansısa sevgi münasibətləri yaşanmır. Aramızda ancaq dostluq telləri var. Və ola bilər ki, masa arxasında mehribançılığımız sizə macəra təsiri bağışlaya bilər. "Boy-frendi"min kimliyinə gəldikdə isə o, uzun illərdir ABŞ-ın Koliforniya ştatındakı Los-Anceles şəhərində yaşayır. Azərbaycanlıdır, kimliyini açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, 20 ildən artıqdır ki, Amerikada yaşayır. Onunla özümü çox xoşbəxt hiss edirəm", - deyə Emma xanım fikirlərini SİA-ya ilə bölüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB