Müğənni Vüqar Muradov verilişlərin birinə qatılıb. SİA-nın məlumatına görə, ifaçı onu sosial şəbəkələrdə təhqir edənlərdən söz açıb: "Sosial şəbəkələrdə kimsə məni tənqid edəndə susuram. Amma təhqirə keçəndə dözə bilmirəm. Məni söyən insan yanımda olsa ağzını cıraram. Kimisə söyən şəxs ən şərəfsiz insandır. Həmin adamlar komputer arxasında əyləşən cılız adamlardır. Daxili dünyaları zəngin deyil. Dəfələrlə məni sosial şəbəkələrdə təhqir edən insanlara səslənmişəm. Amma sırtıq olduqları üçün mənim sözlərim onlara təsir etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB