Şəbnəm Tovuzlunun konsertində nələr yaşandı? VİDEO+FOTOLAR
Müğənni Şəbnəm Tovuzlu "Yaşıl Teatr"da "Xəstəyəm" adlı solo konsert verib. SİA-nın məlumatına görə, ifaçı səhnəyə motosikletlə çıxıb.
Onun bu hərəkəti tamaşaçıları tərəfindən xoş qarşılanmayıb. Hətta gecəyə gələnlər ifaçını ələ salıblar.
Sənətçinin konsertində daha bir maraqlı an yaşanıb. Belə ki, Şəbnəm səhnəyə qaynanası və qaynatasını dəvət edib. O, həyat yoldaşının valideynləri haqda bu sözləri deyib: "Qaynatam utanğac və sakit adamdır. Qaynanam isə hazırda mənə çox dəstək göstərir. Mən uşaq yaşlarında anamı itirdiyimə görə onu özümə ana hesab edirəm. Amma bir müddət öncə qaynanam məni qəbul etmirdi. Lakin indi münasibətlərimiz yaxşıdır".
Konsertdə Ş.Tovuzluyla dəstək olmaq üçün bir çox sənət dostları təşrif buyurub. Həmkarı Könül Kərimova və meyxanaçı Vasif Əzimov gecə zamanı Şəbnəmlə mahnılar ifa edib.
Konsertdən olan görüntüləri təqdim edirik:








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB