Ülviyyə Əliyeva Azərbaycanı tərk edir? AÇIQLAMA

Ülviyyə Əliyeva Azərbaycanı tərk edir? AÇIQLAMA

Əməkdar artist, aparıcı Ülviyyə Əliyeva şəxsi həyatı haqda gəzən söz-söhbətə son qoyub. SİA-ya açıqlama verən Ülviyyə xanım həyat yoldaşından da danışıb: "Deyilənlərə görə, Azərbaycanı tərk edib, Moskvaya köçəcəm. Guya həyat yoldaşım Moskvada yaşayır. Mən də onunla birgə orada qalacam. Bu deyilənlər yalnışdır. Çünki ərim hazırda Bakıda yaşayır. Sadəcə olaraq, həyat yoldaşım Rusiya vətəndaşıdır. Anam və yaxınlarım Azərbaycandadır. Bütün işlərimi də Bakıda qurmuşam. Eyni zamanda da Vətənimi çox sevirəm. Ona görə Azərbaycanı tərk etmək fikrim yoxdur".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə