Aparıcı Nanə Ağamalıyeva arıq qalmağının sirrini deyib. SİA-nın məlumatına görə, aparıcı bunun üçün idman etdiyini bildirib: "4 il öncə bir az kökəlmişdim. Mənə kökəlmək çox yaraşırdı. Üzüm, dərim gözəlləşmişdi. Ancaq artıq çəki artıqdır axı nə yalan deyim. 8 ay ərzində idman və pəhrizlə arıqladım. Hazırda çəkim 46 kiloqramdır. Əvvəl ilk 3 ayı məşq elədim, gördüm arıqlamıram. Sonra başladım yeməyi azaltmağa. Kimdə təzyiq normaldırsa, qreypfrut şirəsi içə bilər. Çoxlu su için, idman edin. Mən elə bir gün yoxdur ki, idman etməyim. Tənbəllliyi atın bir kənara və gücünüzü özünüzə göstərin. Möhkəm iradəli insanlar yalnız bunun öhdəsindən gəlir. Gözəl qalmağın sirri idman, su və qeybətsiz həyat!"

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB