Ötən gün xərçəng xəstəliyinə görə cərrahiyyə masasına uzanan əməkdar artist Tünzalə Əliyeva palataya köçürülüb. SİA-nın məlumatına görə, aktrisa bəzi insanları onun xəstəliyi üzərində şou yaratdığı üçün qınayıb: "Mənim üçün etdiyiniz dualara görə sizə təşəkkür edirəm. Hazırda Milli Onkologiya Mərkəzindəyəm, müalicə alıram. Nə az, nə çox 5 saat əməliyyat olundum. Bildiyiniz kimi, uşaqlıq boynumda bədxassəli şiş var idi. Mərkəzin direktoru və həkimlərinə dərin təşəkkürümü bildirirəm. İnşaAllah, sağ-salamat yenə sənətimə dönəcəm. Yalandan xəbər yayanlara ki, mən xərçəng deyiləm, onlara üzümü tutub deyirəm, başqasının xəstəliyi üzərində şou yaratmayın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB