Müğənni Ayan "İnternational"ını təqdim edib

Müğənni Ayan "İnternational"ını təqdim edib
Bu gün gənc müğənni Ayan yeni albomunun və saytının təqdimatını keçirib. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən qonaqlar arasında əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bəstəkar Elçin İmanov, əməkdar artistlər Ədalət Şükürov, Aybəniz Haşımova, müğənnilər Abbas Bağırov, Xumar Qədimova, Zaur Əmiraslanov, Murad Sadıq, gənc ifaçı Çingiz Mustafayev, rejissor Orman Çingizoğlu və başqaları, həmçinin xarici ölkə nümayəndələri var idi.

Tədbirdə iştirak edən İsrailin Azərbayacndakı baş konsulunun həyat yoldaşı Elen Berçi Ayanı təbrik edib: "Ayanın sayəsində ölkədə baş verən ictimai - sosial münasibətlərlə yanaşı, Azərbaycan mədəniyyəti ilə də tanış oldum. Ayan həm İsrail mədəniyyətini, həm də Azərbaycan mədəniyyətini gözəl təqdim edə bilir".

Sonra Ayan yəhudi dilində səsləndirdiyi mahnısını ifa edib. Mahnıdan sonra müğənninin yeni saytı təqdim olunub.

Qeyd edək ki, sayt özünəməxsus elementləri və dizaynı ilə digər sənətçilərin saytından fərqlənir.

Mərasimdə müğənnilər Xumar Qədimova, Aybəniz Haşımova, Çingic Mustafayev, Zaur Əmiraslanov və digərləri də mahnılar ifa ediblər.

Tədbirin maraqlı məqamlarından biri Aybəniz Haşımovanın ifası zamanı Abbas Bağırovun onu royalda müşayiət etməsi olub.

"İnternational" adlı albomu 18 mahnıdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə