"Eurovision-2011" yarışmasında Azərbaycanı təmsil edəcək şəxsin seçilməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin ikinci həftəsinin qalibi "Azəri-star" layihəsindən tanınan Nurlan Növrəsli olub. SİA-nın məlumatına görə, ikinci həftənin qalibi də əvvəldən deyildiyi kimi 50% münsiflər heyətinin, 50% isə tamaşaçı səsverməsinə görə seçilib.
Milli seçimlərin ikinci yarımfinal həftəsində 2-ci yerdə Ülvi Rəşidov, 3-cü yerdə "East Groove" qrupu, 4-cü yerdə Günay Ələkbərova, 5-ci yerdə Şölə Səfərəliyeva, 6-cı yerdə Sitarə Nəsirova, 7-ci yerdə Fizzə Nadirova, 8-ci yerdə Nəzrin Zərbəliyeva, 9-cu yerdə Emin Həsən, 10-cu yerdə isə Ülviyyə Talişinskaya qərarlaşıb. İkinci həftədnin ilk günlərində istedadını nümayiş etdirən Yeganə Ağayeva isə son gün seçimlərdə iştirak etməyib. İkinci həftənin qalibi 10 iştirakçı arasından seçilib.
Nurlan Növrəsli tamaşı və münsiflər heyətindən ən çox səs toplayaraq Azərbaycanı mötəbər "Eurovision" yarışmasında təmsil etməyə bir addım da yaxınlaşıb. Həftənin son gününün aparacılığını Leyla Quliyeva həyata keçirib. Milli seçimlərdə səsvermə Avropa Yayımlar Birlyiinin (EBU) qaydalarına uyğun olaraq həyata keçirilir. Həftənin sonuncu günü tamaşaçılar tərəfindən çoşğu ilə qarşılanıb.
Noyabrın 22-dən start götürən yarımfinal mərhələsinin ikinci həftəsində əvvəl 11, sonra isə 10 iştirakçı mübarizə aparıb.
Qeyd edək ki, yarımfinal mərhələsi bundan sonra 5 həftə də davam edəcək. Hər həftə 11 namizəd öz istedadlarını nümayiş etdirəcək və səsvermə yolu ilə 11-dən 1-i finala keçəcək. Azərbaycanın "Eurovision-2011" müsabiqəsindəki təmsilçisi həmin o 7 nəfər arasından seçiləcək. Artıq o 7 nəfərdən iki namizədin kimliyi məlumdur. Onlar Çingiz Mustafayev və Nuran Növrəslidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB