Xanımı "Ağsaqqal"ı ad günü münasibəti ilə belə təbrik etdi

Xanımı "Ağsaqqal"ı ad günü münasibəti ilə belə təbrik etdi

Bu gün “Bozbash pictures”in keçmiş aktyoru Azər Baxşəliyevin ad günüdür. SİA-nın məlumatına görə, "Ağsaqqal" obrazı ilə tanınan Azəri həyat yoldaşı Nigar sosial şəbəkədə təbrik edib. O, birlikdə fotolarını yayımlayaraq bunları yazıb: “Mənim əziz, diqqətçil, etibarlı, qayğıkeş həyat yoldaşım. Bu gün sənin ən pozitiv təriflərə ehtiyacın olduğu gündür. Bunun ilk səbəbi də mənim sənə olan ad günü təbrikim olsun. Hər zaman belə şən, uğurlu, ən əsası isə xoşbəxt qalmağını diləyirəm. Qalan hər şeyə biz birlikdə nail olacağıq. Təşəkkür edirəm ki, sən mənim ailəmsən”.

Azəri doğum günü münasibəti ilə şou-biznesin məşhur simaları da "İnstagram"da təbrik edərək, ünvanına xoş sözlər yağdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə