Müğənni Kərim Abbasovu "İnstagram"da təhqir edən şəxslərin polis idarəsində çəkilən videosu yayılıb. SİA-nın məlumatına görə, elə görüntülər sosial şəbəkədə paylaşılıb. Videoda hər iki şəxsin sənətçidən üzr istəməsi görüntüsü yer alıb.
Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl Kərim izləyiciləri ilə qalmaqal yaşamışdı. Sənətçi onu təhqir edən istifadəçilərin fotolarını paylaşaraq, ünvanına sərt sözlər yazmışdı. Kərim hər iki şəxsi polisə şikayət etmişdi. Həmin paylaşımdan sonra onun səhifəsinə çoxlu şikayətlər olunub.
Qeyd edək ki, ifaçının hazırda "İnstagram" səhifəsi bağlanılıb. 100 mindən çox izləyicisi olan sənətçinin profili boş görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB