“Bakı Gözəli-2018” Gözəllik yarışmasının qaliblərinə diplomlar təqdim olundu FOTOLAR

“Bakı Gözəli-2018” Gözəllik yarışmasının qaliblərinə diplomlar təqdim olundu FOTOLAR

"Şou Prodakşn" tərəfindən təşkil olunan “Bakı Gözəli-2018” Gözəllik yarışmasının qaliblərinə diplom, tac, lent və hədiyyələr təqdim olunub. SİA-nın məlumatına görə, təşkilat komitəsindən bildiriblər ki, bir neçə gün öncə yarışmanın final gecəsində münsiflərin və tədbirdə iştirak edən qonaqların verdiyi səslərə görə müəyyən olunan qaliblərə bu gün qazandıqları yerlərlə bağlı diplomlar təqdim olunub.

"Bakı Gözəli-2018" Gözəllik yarışmasında qalib gələn iştirakçılar:
I Yer - Zəhra İsayeva
II Yer - Mehin Əsədli
III Yer - Nərgiz Bayrıslı
Miss Charming - Asiman Zeynalova
Miss Fashion - Dilşad Ələkbərova
Miss Photomodel - Əfsanə Muradzadə
Best Model - Aytac Cəfərova
Miss Sharm - Nəzrin Rəcəbova

Qeyd edək ki, "Bakı Gözəli-2018" Gözəllik yarışmasının informasiya dəstəyi "Səs İnformasiya Agentliyinə" məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə