Türkiyəli aktyor Arda Özirin motosiklet qəzasında həyatını itirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 40 yaşlı aktyorun ölümü həmkarlarına pis təsir edib. Dostları onun ölümünə biganə qalmayaraq sosial şəbəkədə paylaşım ediblər.
Engin Altan Düzyatan: "Canım qardaşım, sinif yoldaşım, dostum Arda Özirini itirdik. Deməyə söz tapmıram, çox pərişanam. Allah məkanını cənnət eləsin".

Timur Acar: "Necə yazacağımı bilmirəm. Canımız, qardaşımız Ardanı itirdik. Ailəsi və yaxınlarına səbr diləyirəm. Məkanın cənnət olsun, qardaşım".

Kaan Urgancıoğlu: "Məkanın cənnət olsun. Səni həmişə yaxşı xatırlayacam".

Qeyd edək ki, A.Öziri sonuncu dəfə “Diriliş Ertuğrul” serialında “Göktuğ” obrazını canlandırıb. Aktyor “Akasya Durağı”, “Ruhsar”, “Dadı”, “Ah Be İstanbul”, “Aşkın Bedeli” və digər seriallarda oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB