Emin ilk dəfə Qazaxıstan səhnəsində FOTOLAR

Emin ilk dəfə Qazaxıstan səhnəsində FOTOLAR

Müğənni və bəstəkar Emin ilk dəfə Qazaxıstanın Astana şəhərində konsert verib. SİA-nın məlumatına görə, o, “Qazaxıstan” mərkəzi konsert zalında “Bumeranq 2018” adlı konsertdə yeni “̌Prosti, moya lyubov” (“Bağışla məhəbbətim”) adlı albomundan kompozisiyalar ifa edib. Bundan başqa, albomunda yer alan “Still”, “Ryadom prosnutsa”, “Ya luçşe vsex jivu”, “Bumeranq”, “Good Love” və “Amor” adlı yeni mahnılarını da oxuyub.

Emin eyni zamanda Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısını da ifa edib.

Müğənni mayın 12-də Almatıda Respublika Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə