Milyarder Evan Şpiqel və model xanımı valideyn olublar

Milyarder Evan Şpiqel və model xanımı valideyn olublar

“Snapchat” qurucusu, milyarder Evan Şpiqel və model xanımı Miranda Kerr valideyn olublar. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 35 yaşlı Mirandanın ikinci, 28 yaşlı Evanin isə ilk övladıdır.

Cütlüyün Los-Ancelesdə yerləşən xəstəxanalardan birində oğlu dünyaya gəlib. Onlar uşağa Evanın babası şərəfinə Xartom adı veriblər.

Qeyd edək ki, Kerrlə Şpigel ötən ilin mayında Los-Ancelesdə nikah masasına oturub. Bundan əvvəl Miranda aktyor Orlando Blum ilə evli olub və ondan Flin adlı bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə