"Atam nə bizim, nə də qardaşımın toyunu görə bilmədi" VİDEO

"Atam nə bizim, nə də qardaşımın toyunu görə bilmədi" VİDEO

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları verilişlərin birində qonaq olublar. SİA-nın məlumatına görə, bacılar atalarını itirməkləri haqda danışaraq, göz yaşlarına qərq olublar: "Bu gün həm evin kişisiyik, həm də anamın qızlarıyıq. Atamız 54 yaşında vəfat etdi. Çox anidən baş verdi. Anamgil Murmansk şəhərində idi, bacımla mən atamı dəfn etdik. Bunun üçün güclü olmalısan. Nə bizim, nə də qardaşımın toyunu görə bilmədi. Yeni il günü, bayramlarda tədbir götürmürük. Atam bizi səhnədə görməyi çox sevirdi.

Röya "əməkdar artist" adını alandan sonra atam zəng edib bizə "əməkdar artist" adını almağımızı arzuladı. Bacımla baş-başa verib ağladıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə