Tarkan Avropa turnesindən 3 milyon qazanıb

Tarkan Avropa turnesindən 3 milyon qazanıb

Məşhur müğənni Tarkanın Avropa turnesi keçdiyimiz günlərdə sona çatıb. Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, sənətçinin konsertdən əldə etdiyi gəlirin miqdarı 6 milyon lirə (təxminən 3 milyon manat) olub. Meqastar Avropa turnesinə 29 apreldə Almaniya konserti ilə son qoyub. O, elə evliliyinin ildönümünü də səhnədə qeyd edib. Qeyd edək ki, keçən il aprelin 29-da ailə quran Tarkan ata olmağa hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə