Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatun Əliyeva aralarındakı incikliyə son qoyublar. SİA-nın məlumatına görə, bu dəfə toy məclislərindən birində bir araya gələn Xatun və Vasif şəkil çəkdirərək "İnstagram"da paylaşıblar.
Xatun paylaşımına “Heç nəyə baxmayaraq biz yenə də dostuq. Aramıza girənlər iylənib çıxdılar. Bir az duzlamaq lazımdır ki, lap çox iylənməsinlər. Vasif, hər zaman yaxşı toylarda...” sözlərini yazıb.
Qeyd edək ki, Xatun hər zaman açıqlamasında onu toylara Vasifin apardığını deyib. Daha sonra sənətçi həmkarlarından birinin onların arasını vurduğunu açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB