“Eurovision-2011” namizədi Aynişan Quliyeva: “ Səsimə çox güvənirəm”
"Eurovison-2011" mahnı müsabiqəsində Azərbaycan adından çıxış edəcək iştirakçının təyin olunması ilə bağlı birinci mərhələ keçirilib. Milli seçimlərə qatılan Azərbaycan əməkdar artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva, SİA-ya açıqlamasında bildirdi ki, oxuduğu hər üç mahnı, münsiflər tərəfindən normal qarşılanıb: "Əvvəl Pussycat Dollsun repertuarından "Sway" mahnısını, daha sonra Ajda Pekkanın ifasında çox sevdiyim "Bam başka biri" və Azərbaycan bəstəkarlarından bir neçə melodiyanı akapella şəklində ifa etdim. Səsimə çox güvənirəm. Bəlkə buna görədə münsiflər heyətində əyləşən İTV-nin aparıcıları, Leyla Əliyeva, Könül Arifqızı eləcədə "Eurovison" milli seçimlərdə həmişə koordinator kimi çıxış edən Zəhra Bədəlbəylinin müsbət rəyini aldım. Bu mərhələ sırf çəkiliş üzərində qurulduğu üçün, elə də çətin keçmədi. Yəqin ki, yaxın vaxtlar seçiləcək namizədlər canlı yayımlarda həm əsas münsiflər heyətinin qarşısında öz istedadlarını nümayiş etdirəcəklər, həm də tamaşaçılardan dəstək sms-ləri alacaqlar".
Özünü layiqli namizəd kimi qələmə verən gənc müğənni, Aybəniz xanımın qızı olmasını da əsas şanslarından biri kimi qiymətləndirdi: "Fikrimcə tamaşaçılar əsasən məni dəstəkləyəcəklər. Çünki bu bir ilkdir ki, hansısa müsabiqəyə Azərbaycandan tanınmış sənətkarı yox, onun övladı qatılmaq niyyətindədir. Hələ indidən qərar vermək tez olsa da çox istərdim ki, vətənimiz adından seçiləcək namizəd məhz mən olum".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB