Prodüser (Tolik) Tarix Əliyev daha bir qalmaqala səbəb olacaq addım atıb. SİA-nın məlumatına görə, o, müğənni Damlanın başına tac qoyub.
Tolik bu hərəkətinin böyük səs-küyə səbəb olacağını bildirib: “Bunu ürəyim istədi etdim. Şişirtməsinlər ki, Tolik İlhamə Quliyevadan sonra kiməsə tac taxdı. Damlaya saytlarda o qədər tənqid yazdım ki... Bir dəfə məni qara siyahıya atıb, cavab vermədi”.
Qeyd edək ki, bundan əvvəl Tolik xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoymuşdu. Onun bu addımı qalmaqala səbəb olmuşdu. Daha sonra müğənni Elnarə Xəlilova tac taxmış və qınanılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB