Sinan Akçıl Aygün Kazımovanın mahnısını albomuna daxil etdi FOTO
Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl “Güzel şeyler” adını verdiyi albomunu təqdim edib. SİA-nın məlumatına görə, Akçıl xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” mahnısını da oxuyub və diskə daxil edib. Sənətçi bəstəni iki versiyada səsləndirib.
Mahnının sözləri Leyli Erol İsrafilova, musiqisi isə Hakan Erola aiddir.
Qeyd edək ki, A.Kazımova ilə Sinan Akçılın 2012-ci ildə işbirliyi olub. Kazımova "İkinci sen" adlı mahnını onunla duet şəklində oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB