Aparıcı oğurluqda ittiham olundu

Aparıcı Afət Rahilqızı oğurluqda ittiham olunur. SİA-nın məlumatına görə, bu haqda teleaparıcı sosial şəbəkədə yazıb: "Bir aydır ki, mağazadan işlənmiş telefon almışam. Bu gün isə polisdən zəng ediblər ki, sizin istifadə etdiyiniz telefon oğurluqdur. Polis bölməsinə yaxınlaşmağımı istədilər. Onlara telefonu hansı mağazadan aldığımı dedim. Bölməyə yaxınlaşmağa isə vaxtım olmadı. Sabah gedəcəyəm görüm başıma nə gəlir. Ümid edirəm ki, pul ödədiyim telefonumu əlimdən almayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə