Müğənni Natavan Həbibi həmkarı Xatun Əliyevanın onun ünvanına dediyi “anakonda” sözünə münasibət bildirib. SİA-nın məlumatına görə, Natavan Xatunu ələ salmaqdan da çəkinməyib: "Lal deyiləm ki, istəsəm danışardım. Deyirlər, Natavan özündən razıdır, "mən-mən" deyir. Fərqimiz elə budur ki, mən özümdən, onlar da məndən danışırlar. Nə qədər istəyirlər danışsınlar. Mənim gündəmimi illərdir saxlayanlar var. Heç nə etmirəm, görürsüz ki, onlar edirlər. İşləyirəm, amma mənə kömək edirlər. Onlara pul ödəyirəm. Hamısına ayda bir dəfə kanvert gedir ki, çıxıb haqqımda danışsınlar (gülür). Hamısına icazə verirəm danışmağa”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB