Namiq Qaraçuxurlu Xaçmazda böyük izdihamla üz-üzə qaldı VİDEO

Namiq Qaraçuxurlu Xaçmazda böyük izdihamla üz-üzə qaldı VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu Xaçmazda böyük izdihamla üz-üzə qalıb. SİA-nın məlumatına görə, Xaçmazda təşkil olunan konsertdə iştirak edən ifaçının sevənləri onunla şəkil çəkdirmək istəyiblər. Lakin müğənni səhhətində yaranan problemə görə onlarla foto çəkdirə bilməyib.

N.Qaraçuxurlu hadisə ilə ilə bağlı açıqlama verib: "Təşkilatçıların xahişini nəzərə alaraq, Xaçmazda təşkil olunan konsertə gəldim. Amma səhhətimdə olan problemə görə, ayaq saxlayıb, məni sevənlərlə şəkil çəkdirə bilmədim. Xaçmazlılara mənə göstərdikləri sevgilərinə görə təşəkkür edirəm".

Həmin görüntülər sosial şəbəkədə paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə