Baloğlan Əşrəfov Elçini hədələdi: "Sənin başını kəsərəm"

Baloğlan Əşrəfov Elçini hədələdi: "Sənin başını kəsərəm"

Verilişlərin birində qonaq olan əməkdar artist Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylini başını kəsməklə hədələyib. SİA-nın məlumatına görə, bu barədə açıqlama verən B.Əşrəfov bu sözləri dediyi üçün peşman olmadığını deyib: “Elçinlə 10 il əvvəl qalmaqalımız olub. Artıq yaddan çıxan o söhbəti Elçin yenidən gündəmə gətirərək dedi ki, o vaxt sizinlə aramızda problem olanda Rusiyadan bir nəfər zəng edib, məni hədələdi. Dedi ki, sənin başını kəsərəm. Mən də ona qayıtdım ki, köhnə palan içi tökməyin, heç kimi öyrətməmişdim ki, belə söz desin. O, daha da qızışdı, mən əsəbiləşdim. Dedim, “elə buna görə də sənin başını kəsmək lazımdır”. Sözün düzü, onun atmacasından boğaza yığılmışdım. Verilişdən sonra mənə yaxınlaşdı, münasibətlərimizə aydınlıq gətirdi. Hər halda köhnə söhbəti ortaya atmamalı idi. Demişəm, əcəb eləmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə