Nadir əsəbiləşdi: "Oğurluq ermənilərin alnına və taleyinə yazılıb" VİDEO
Müğənni Nadir Qafarzadə erməni vizajistə əsəbləşib. SİA-nın məlumatına görə, Anjelika Abramyan adlı erməni qız “Maral” mahnısının erməni dilində oxunan versiyasını səsləndirib və rəqs edib. Vizajit kimi fəaliyyət göstərən Anjelika görüntünü "İnstagram" səhifəsində paylaşıb və “Maral”ı erməni mahnısı adlandırıb.
Onun paylaşımını səhifəsində yerləşdirən Nadir əsəbini cilovlaya bilməyib və sərt reaksiya verib: "Utanmaz-utanmaz yazıb ki, erməni xalq mahnısı. Oğurluq bunların alnına və taleyinə yazılıb. Bu, sizin mahnınız deyil, türk xalq mahnısıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB