Emin yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım etdi VİDEO

Emin yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım etdi VİDEO

Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın Kemerov vilayətində yerləşən əyləncə mərkəzindəki baş vermiş yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edib. SİA-nın məlumatına görə, bu barədə Emin "İnstagram" səhifəsində məlumat verib: "Kemerovda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm. 5 şəhərdə konsert vermişəm və hər bir konsertdən 1 milyon rubl gəlirim olub. Bu konsertlər onsuz da xeyriyyə məqsədi danışıyırdı. Dostlarla bərabər 15 milyon rubl toplamışıq və pulu Müslüm Maqomayev adına Fonda göndərmişik".

Qeyd edək ki, E.Ağalarov əslində 6 şəhərdə konsert verməli idi. Onun sonuncu çıxışı sabah Tümendə olmalı idi. Lakin planlaşdırılan konsert təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə