Məşhur türk müğənnisi Nazpəri Dostəliyevanın klipinə çəkilib- FOTO

Məşhur türk müğənnisi Nazpəri Dostəliyevanın klipinə çəkilib- FOTO
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva "Sehir" adlı albomunun eyniadlı mahnısına klip çəkdirib. Müğənninin mətbuat xidmətinin SIA-ya verdiyi məlumata görə, klip Türkiyədə, rejissor və ssenari müəllifi Necati Aslan tərəfindən çəkilib.

Qeyd edək ki, Necati Aslan "Gece Şahinleri" (1999), "Aşkın Bedeli" (2000), "Şeytan Çıkmazı" (2001), "Hızmalı" (2002), "Dilan" (2003), "Düzen" (2005), "Ver Elini İstanbul" (2005), "Akbabalar" (2005) və digər məşhur filmlərin rejissorudur.

Klipdə Türkiyənin populyar müğənnisi, qıvraq rəqsləri ilə tanınan Çılğın Sedat da rol alıb. Türk müğənnisi öz istəyi ilə xalq artistinin klipinə çəkilib: "Nazpəri xanım adətən klipdə tək çəkməyi sevir, rejissorla görüş zamanı Çılğın Sedat da şirkətdə imiş, Nazpəri xanım və ailə üzvləri ilə tanış olub, nəvəsi Tamerlanı xüsusilə çox sevib. Daha sonra xatirə olaraq Nazpəri Dostəliyevanın klipində yer almasını istəyib. Onu da əlavə edim ki, klip çoxdan lentə alınıb, lakin bəzi məqamlar sənətçini qane etmədiyi üçün bəzi dəyişikliklər edilib, nəticədə nümayişi bu günlərə təsadüf edib".

Sənətçi təklifdən imtina etməsə də, epizodda rol almasına icazə verib.

Qeyd edək ki, xalq artistinin albomunun sayca 3-cü klipidir.

Bütün xəbərlər Facebook səhifəmizdə