Azərbyacanlı model New York səhnəsində AÇIQLAMA-FOTOLAR+VİDEO
Əslən azərbyacanlı model-müğənni-dizayner Stefano Suaros (Rəcəb Rəcəbli) S&D uşaq kolleksiyasını təqdim edib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "New Yorkun məşhur otellərinin birində şouda həm model, həm müğənni həm də dizayner kimi çıxış etdim. Şou çox möhtəşəm keçdi. Hər kəs çox maraqla izləyirdi. Uzun zamandır bu kolleksiya üzərində çalışırdım. Nəhayət ki, təqdim elədim və çox sevincliyəm. Bu şoudan sonra böyüklər üçün hazırlanan alt-üst geyimlərin moda nümayişinə hazırlaşıram. Həmin moda nümayişinin də möhtəşəm olacağına inanıram. Bir müddətdən sonra isə S&D "Moda" jurnalını təqdim edəcəm. Jurnal artıq hazırdır. Jurnalı təkcə Amerikada yox Azərbaycanda da əldə etmək olacaq”.
Qeyd edək ki əslən Azərbaycanlı olan model Stefano Suaros artıq iki ildən çoxdur ki, Amerikada yaşayır. Həm model həmdə müğənni kimi fəaliyyət göstərən həmyerlimiz Amerikada bir çox məşhur brendlərin simasıdır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB