Elza ilə Anar küsülülüyə son qoyuldu

Elza ilə Anar küsülülüyə son qoyuldu

Uzun müddətdir küsülü olan əməkdar artist Elza Seyidcahanla stilist Anar Ağakişiyev barışıb.

SİA-nın məlumatına görə, onlar birlikdə “Hər şey daxil” verilişinə qonaq olublar.

Stilist və müğənni qucaqlaşaraq aradakı incikliyə son qoyublar.

E.Seyidcahan “Hər zaman sülh tərəfdarı olmuşam. Çalışmışam mehribançılıq olsun. Eşitdiyim sözü belə danışmamışam. Amma bəziləri var ki, eşitmədiyini də danışıb. Heç sosial şəbəkədə Anarla olan fotolarımı da silmədim. Bəziləri qalmaqaldan zövq alırlar” deyə, söyləyib.

“Başqa kanalda Elza xanımla birlikdə qonaq olduq. Orada reytinq xatirinə qalmaqal yaratdılar. Verilişdən durub getdim. Əslində barışıq orda olmalıydı” deyə, Anar əlavə edib.

Qeyd edək ki, Seyidcahanla Ağakişiyev arasında qalmaqal ötən il başlayıb. Anar Elzaya “zövqsüz” demişdi. Qarşı tərəf isə onun bu sözlərinə sərt cavab vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə