Xatirə:"Həddən artıq kökəldiyim üçün məni görənlər tanımır" FOTOLAR+VİDEO

Xatirə:"Həddən artıq kökəldiyim üçün məni görənlər tanımır" FOTOLAR+VİDEO

Müğənni Xatirə İslam efirlərdə görsənməməsinin səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Həddindən artıq kökəlmişəm deyə bəlkə də özümdə biraz kompleksim var. Buna görə də efirlərə çıxmıram. 4 gündür ki, pəhrizdəyəm. Həddindən artıq yemək yeyirəm, hər gördüyümü yemək istəyirəm. Sağ olsun stilistim saçımı düzəltdi, məni dəyişdi. Dünən Tünzalə Ağayeva gəlib mənim yanımda oturan Nazpəri Dostəliyevanı öpdü, amma mənim yanımdan düz çıxıb getdi. Fikirləşdim ki, axı niyə məndən küsüb? Sən demə məni tanımayıb. 10-15 dəqiqədən sonra görüşdük və dedi ki, tanımadım”.

Bütün xəbərlər Facebook səhifəmizdə