Meyxanaçı Vasif Əzimov daha bir yenilik edib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Yeni mahnı yazmışam. Bəstəni müğənni Zeynəb Həsəni ilə duet ifa etmişəm. Mahnı "Yox, getmə" adlanır. Bəstənin sözləri və musiqisi mənə, aranjemanı İlqar İlhama aiddir. Mahnını sazda Əli Şahin, gitarada Ramal Rəsul ifa edib. Bəstənin ərsəyə gəlməsi üçün əziyyət çəkən hər kəsə təşəkkür edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB