Nazlı-qəmzəli ulduzlardan olan populyar müğənni və bəstəkar Xumar Qədimova, fərqliliyi ilə diqqət çəkməkdə davam edir. Bir neçə ay bundan əvvəl kərtənkələ çalması ilə moda aləminə yenilik gətirdiyini bəyan edən sənətçi, indi də bədən quruluşuna güvənən xanımları qısa qara paltar geyinməkdən ehtiyatlanmamağa səslədi: " Gözəl bir atalar misalı var, gözəllik ondur, doqquzu don. Mən dəbli görünmək üçün həmişə xarici görünüşümə, paltarlarıma ciddi fikir vermişəm. Amma cızıqdan kənara çıxmamaq şərti ilə. Gördüyünüz əynimdəki paltar xüsusi olaraq gecə ziyafətləri üçün tikilib. Bəli, etiraf edirəm ki, mini ətəkdir. Amma çox cazibədar göstərir məni. Fərqlənmək xoşuma gəldiyi üçün deyərdim ki, hardasa risk edib, bu donu geyinirəm. Pərəstişkarlarım bilir ki, qlamur olan Xumar xanım nə edirsə, onların zövqünü oxşamaqdan ötrü edir. Qoy özünə güvənən, xarici görünüşündən xoşhal olan xanımlar da fərqlənmək üçün mini geyinməkdən çəkinməsinlər. Axı, 2011-ci ilin dəbi sırf mini ətəklər üzərində olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB