Deyilənlərə görə, prodüser Anar Mədətovla müğənni Samir Piriyev iş birliyinə son qoyub. Məsələni dəqiqləşdirmək üçün səbəbkarların özləri ilə əlaqə saxladıq. Lakin telefonlarımıza cavab verən olmadı.
Samir və Anarla birgə çalışan aparıcı İlahə Nizamiqızı ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən aparıcı xəbərin doğru olduğunu bildirdi: " Samir Priyevlə Anar Mədətov yollarını ayırıb. Məlumat düzgündür. Amma onlar düşmən kimi yox, dost olaraq iş birliklərinə son qoydular. A.Mədətov artıq müğənni Yaşar Yusubla işləməyə başlayıb. Bu haqda hətta Yaşarın özü sosial şəbəkədə Anarla işlədiyini elan edib".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB