Bəstəkar: “Bəlkə Rəqsanə elə mahnı oxuyacaq ki, hər kəs şoka düşəcək?”

Bəstəkar: “Bəlkə Rəqsanə elə mahnı oxuyacaq ki, hər kəs şoka düşəcək?”
Gənc və iddialı bəstəkar Emil Şahin son zamanlar şəxsi biznes yaratmaq fikrinə düşüb. Belə ki, o, studiya açmaqla yanaşı, həm də yeni bir radio yaratmaq qərarına gəlib. SİA-ya danışan Emilin sözlərinə görə, radio açmaq onun uşaqlıq arzusu olub: " Yeni radionun adı 100 FM olacaq. Yəni, yalnız 100 faiz xitlər! Burada radio sahəsindən olan ən peşəkar insanlar əyləşəcək".

Görəsən, bu radio nə ilə fərqlənəcək? Sualı ilə bəstəkara müraciət edərkən bu cavabı aldıq: "Fərq bundadır ki, bu radionun rəhbəri Emil Şahindir və ora hər adam buraxılmayacaq. Bu radionun efirində küçə mahnıları səslənməyəcək. Hər dildə olan mahnılara yer verilsə də, əksəriyyəti bizim öz musiqilərimiz olacaq. Müğənnilər də fərqli olacaq. Hər "bozbaş" mahnılar səslənməyəcək".

Xatırladaq ki, gənc bəstəkarın bir vaxtlar müğənni Rəqsanə ilə qalmaqalı olub. Emil o müğənnin mahnılarını bəyənmədiyini bildirmişdi: "Bilmirəm burda Rəqsanənin mahnıları səslənəcək ya yox. Onu zaman göstərər. Bəlkə Rəqsanə elə mahnı oxuyacaq ki, hər kəs şoka düşəcək?".

Qeyd edək ki, radio hazırda təmirdədir. Hazır olna kimi möhtəşəm təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə