Bu gün Azərbaycan Respublikasının Əməkdar Artisti, tanınmış teleaparıcı, kreativ teleprodüser, aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, MGP (M Group Production) şirkətinin Prezidenti Murad Dadaşov 39 yaşını qeyd edir.

SİA-nın məlumatına görə, Murad Dadaşov 1978-ci il dekabrın 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

2003-cü il fevralın 7-də MGP (M Group Production) şirkətini təsis edib. Burada 2008-ci ilədək Baş Direktor vəzifəsində olub.

2003-cü ildə Lider telekanalında MGP (M Group Production) şirkətinin ilk layihəsi olan “Mərc şou”, 2005-ci ildə isə həmin telekanalda “Maşın” reality şousu efirə gedib. Hər iki layihənin müəllif və aparıcısı Murad Dadaşovdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2014-cü il 18 dekabr tarixli sərəncamına əsasən Murad Dadaşov “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

O, ölkənin ictimai-siysai, mədəni həyatında da yaxından iştirak edir. O, 2015-ci il Bakıda keçirilən Birinci Avropa Oyunlarının ulduz səfiri idi.

Xatırladaq ki, teleaparıcı 2001-ci ildə ixtisasca şərqşünas olan Əliyeva Aytən Elxan qızı ilə ailə həyatı qurub. Üç övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB